Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bu gün aparılacaq təmir işləri ilə əlaqədar olaraq “Baki Dairəvi-1” avtomobil yolunun “Şamaxinka” deyilən əraziyə doğru olan istiqaməti üzrə köməkçi yolla nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli məhdudlaşdırılacaq.
Bu barədə 7News.Az-a “Azəryolsrvis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, təmir işlərinin axşam saatlarınadək aparılması nəzərdə tutulub:
“Sürücülərdən aparılacaq işlərə a








