Bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə universitet binasının 4-cü mərtəbəsində qeydə alınıb.
"Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin 1-ci korpusunda kondisionerdə (1 ədəd) tüstülənmə baş verib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanğının qarşısı alınıb.
İlkin ehtimala görə hadisə elektrik qısaqapanması nəticəsində qeydə alınıb.
7news.Az








