RU
Bakı Forumunu işıqlandıran AzTV jurnalistləri təşkilatçı tərəfindən aşağılandı — QALMAQAL
14:36
1335

Bakı Forumunu işıqlandıran AzTV jurnalistləri təşkilatçı tərəfindən aşağılandı — QALMAQAL

 Bu gün Bakıda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə tədbirin təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru Rövşən Muradov ilə bir sıra jurnalistlər arasında mübahisə yaşanıb.
 
7News.az-ın məlumatına görə, mübahisənin yaranmasına səbəb Rövşən Muradovun jurnalistləri təhqir etməsi və Forumun işini işıqlandıran KİV nümayəndələrinin işinə kobud müdaxiləsi olub.   Rövşən Muradov jurnalisti təhqir edən zaman bir sıra media mənsubları da həmkarlarının müdafiəsinə qalxıblar və jurnalistlərin peşə fəaliyyətinə görə təhqir olunmasına etiraz ediblər. Ancaq mübahisəni daha da alovlandıran Rövşən Muradov isə daha da irəli gedərək, mətbuata tədbiri qadağan etməyi təklif edib.  Sonda Diasporla İşüzrə Dövlət Komitəsinin əməkdaşları isə yaranan gərginliyi sakitləşdirməyi bacarıblar. //Ölkə.Az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ