RU
Bakı-Gəncə aviareysi bərpa olunur - NAQİF HƏMZƏYEVİN HAQLI ETİRAZI NƏTİCƏ VERDİ
16:23
679

Bakı-Gəncə aviareysi bərpa olunur - NAQİF HƏMZƏYEVİN HAQLI ETİRAZI NƏTİCƏ VERDİ

"Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Gəncə aviareysini bərpa edir.

Bu barədə məlumat Gəncə şəhər İcra Hakimiyyətdən verilib.

Qeyd olunub ki, Gəncə şəhər İcra Hakimiyyətinin müraciəti ilə fevralın 5-dən başlayaraq, həftədə 4 dəfə olmaqla Bakı-Gəncə-Bakı reysi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Gəncə aviareysini yanvarın 9-dan etibarən bağlayıb. Bildirilib ki, Bakı-Gəncə reysi kommersiya baxımından səmərəli olmadığından bağlanıb.

Xatırladaq ki, məlum problem ortaya çıxdıqdıqdan ,Gəncə şəhərindən millət vəkili seçilən Naqif Həmzəyev AZAL-ın bu addımını anlaşılmaz olduğunu və Gəncə reyslərini bərpa olunMası üçün Gəncədən seçilən millət vəkillərinin ölkə rəhbərinə müraciət ediləcəyini bildirmişdi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ