RU
Bakı - İstanbul təyyarə reysləri təxirə salındı — FOTOLAR
23:50
1995

Bakı - İstanbul təyyarə reysləri təxirə salındı — FOTOLAR

Əlverişsiz hava şəraiti səbəbindən "Türk Hava Yolları"nın bu günə olan uçuşları ləğv edilib.
 
Aeroportun rəsmi saytında İstanbul "Atatürk" hava limanında bu gün ləğv olunan uçuşların siyahısı verilib.
 
Həmin siyahıda Bakı - İstanbul və əks istiqamətdə reyslər da var.
Həmçinin, 07.01.2017-ci il tarixdə (sabah) saat 16.05-də İstanbul "Atatürk" hava limanından Bakıya uçması planlaşdırılan təyyarə reysi ləğv edilib.
 
Bundan başqa 07.01.2017-ci il tarixdə saat 20.55-də Bakı Heydər Əliyev Beynəlxalq hava limanından İstanbula uçması planlaşdırılan təyyarə reysi ləğv edilib.
 
Bundan başqa, Dubay, Vaşinqton, Moskva və digər ölkələrə olan reyslər də təxirə salınıb. Bu gün və sabaha ümumilikdə 395 uçuş təxirə salınıb. Uçuşlar hava şəraitinin əlverişli olacağı müddətə qədər təxirə salınıb./olke.az
 
7news.Az
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ