RU
Bakı Metropoliteni:
17:40
1090

Bakı Metropoliteni: "İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq"

Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.

Bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

 

"Hazırda metronun "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq", - deyə o, qeyd edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ