Cari il ərzində.
Cari ilin 9 ayında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 162,4 milyon nəfərə çatıb.
Komitədən bildirilib ki, nəqliyyatçılar 1 milyard 380 milyon sərnişinə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox sərnişinə xidmət göstəriblər.
Sərnişinlərin 11,8%-i metro ilə daşınıb./oxu
7news.az








