Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. 7news.Az xəbər verir ki, hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib. 1996-cı il təvəllüdlü Cəbrayılov Nurlan Cəbrayıl oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. 7news.Az