RU
Bakı metrosunda bağlanan xətt açıldı
01:21
406

Bakı metrosunda bağlanan xətt açıldı

Metronunu "Cəfər Cabbarlı" stansiyasının təmirə bağlanmış çıxışı bu gündən sərnişinlərin istifadəsinə verilib.

7news.az ANS-ə istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev stansiyada təmir işlərinin nəzərdə tutulmuş vaxtdan tez yekunlaşdığını açıqlayıb. Bu da yeni dərs ilinin başlaması ilə bağlı metroda müşahidə edilən sıxlıqla əlaqədardır.

Nəsimi Paşayev həmçinin qeyd edib ki, təmir işləri fevral ayından başlamışdı. Xəttin biri bağlanıb, qatarlar ancaq biri ilə hərəkət edirdi.

“Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında hərəkət edən qatarların intervalı da əvvəlki vəziyyətə qaytarılıb. Yəni qatarlar 10 dəqiqə yox 8 dəqiqə intervalla hərəkət edirlər. Bundan sonra tuneldə korroziyadan təmizləmə və boyaq işləri aparılacaq.

Görüləcək işlər gecə satlarında qatarlar xəttdən çıxarıldıqdan sonra həyata keçiriləcək. Bu işlər qatarların hərəkətində heç bir maneə yaratmayacaq.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ