RU
Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb:
13:00
206

Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb: "Bu, həyat tərzimdir"

Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun "İnşaatçılar” stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Quliyev cibgirlik peşəsinin onun həyat tərzi olduğunu bildirib.

Araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ