Bakı metrosunda cibgirlik edən şəxs tutulub.
Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Samil Kərimov, 1900-ci təvəllüdlü Adil Paşayev saxlanılıb.
"Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur. Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
7NEWS.Az







