RU
Bakı metrosunda faciə — 1 nəfər qatarın altına düşdü
12:39
18508

Bakı metrosunda faciə — 1 nəfər qatarın altına düşdü

Bakı Metropolitenində bir nəfər qatarın altına düşüb

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə "İçərişəhər"lə "Həzi Aslanov" xəttində baş verib. Sərnişin "28 May" stansiyasında qatarın altına düşüb. Hələlik həmin şəxsin kimliyi və sağ qalıb-qalmadığı məlum deyil.

Hadisə şahidləri bildiriblər ki, hazırda metronun hərəkəti dayandırılıb. Qatarın altına düşən isə 20-25 yaşlı oğlandır.

Az sonra hadisə barədə daha ətraflı məlumat verəcəyik. /ole.az

***

Onun başı parçalanıb və həyatını itirib. /olke.az

***

Metropolitenin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev açıqlamasında belə bir hadisənin baş verdiyini təsdiqləyib və hazırda hadisə yerinə getdiyini söyləyib. /olke.az

İntiqam VALEHOĞLU

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ