Bu gün Bakı metrosunda təhlükəsizlik xəttini keçdiyi üçün qatarın zərbəsi ilə yaralanmış qadın 1 saylı Şəhər Klinik Xəstəxanasna yerləşdirilib.
7News.az xəbər verir ki, xəstəxanın baş həkimi Ədalət Dadaşov açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan Adıgözəlova Rəfiqə Zeynəlabdin qızına "qapalı kəllə-beyn travması, topuğun sınığı" diaqnozu təyin edilib və xəstəxanaın reanimasiya şöbəsində yerləşdirilib.
Baş həkimin sözlərinə görə, hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilsə də, həyatı təhlükəsi yoxdur.
7News.az








