RU
Bakı metrosunda FACİƏ: sərnişin komaya düşdü - FOTO
11:07
379

Bakı metrosunda FACİƏ: sərnişin komaya düşdü - FOTO

Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.

Xəsarət alan kişi hazırda komadadır.

7News.az xəbər verir ki, bu barədə report-a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.

 

Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: "Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır".

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ