RU
Bakı metrosunda gecikmənin səbəbi məlum oldu
13:34
330

Bakı metrosunda gecikmənin səbəbi məlum oldu

Bakı Metropoliteni Xətai xəttində qatarların hərəkətində yaranmış gecikməyə aydınlıq gətirilib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, gecikmə yolları yoxlayan diaqnostika qatarının xəttə buraxılması ilə əlaqədardır: “Orada hər hansı bir problem yoxdur. Diaqnostika qatarı təlimata uyğun olaraq yolda yoxlanış aparır. Bununla bağlı sərnişinlərə də xəbərdarlıq edilib”.

N.Paşayev əlavə edib ki, diaqnostika yoxlanışı artıq başa çatıb./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ