RU
Bakı metrosunda görməyə alışmadığımız MƏNZƏRƏ - FOTO
12:02
258

Bakı metrosunda görməyə alışmadığımız MƏNZƏRƏ - FOTO

72 gündən sonra Bakı metrosu yenidən sərnişinlərinin xidmətindədir.

7News.Az Trend-ə istinadən xəbər verir ki, bu gün - sentyabrın 14-ü səhər saat 06:00-dan metropoliten sərnişindaşıma fəaliyyətini bərpa edib.

Qeyd edək ki, metropolitenin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus ("COVID-19") infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, bərpa edilib.
 

<iframe class="adviad-resize" style="box-sizing: border-box; max-width: 100%; width: 720px; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;"></iframe>
Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, sentyabr ayının 30-na qədər elan edilmiş xüsusi karantin rejimi dövründə metropoliten stansiyaları həftəiçi 5 gün səhər saat 6-dan gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. İstirahət günləri ərzində digər ictimai nəqliyyat vasitələri kimi metropoliten də sərnişin daşımayacaq.

Bakı metrosunda görməyə alışmadığımız MƏNZƏRƏ - FOTO
Bakı metrosunda görməyə alışmadığımız MƏNZƏRƏ - FOTO
Bakı metrosunda görməyə alışmadığımız MƏNZƏRƏ - FOTO
Bakı metrosunda görməyə alışmadığımız MƏNZƏRƏ - FOTO
Bakı metrosunda görməyə alışmadığımız MƏNZƏRƏ - FOTO
Bakı metrosunda görməyə alışmadığımız MƏNZƏRƏ - FOTO

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ