7news.Az bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, sərnişin maşinistə "Ulduz" stansiyasında 7 saylı qatarda tüstülənmə ilə bağlı məlumat verib: "Lakin məlum olub ki, qatarda tüstülənmə olmayıb. Qatarın kondisionerində buxarlanma baş verib. Maşinist qatarın kondisionerini söndürüb və buxar dayandırılıb".
N.Paşayev qeyd edib ki, hazırda qatarlarda heç bir problem yoxdur: "7 saylı qatar hərəkətini davam etdirir".
--------
Az öncə "Ulduz" metrostansiyasında həyəcanlı anlar yaşandı.
Saat 20:07 radələrində 007 nömrəli qatarın 2-ci vaqonunda tüstülənmə hadisəsi baş verdi. Vaqondakı kondisonerdən başlayan səslərdən sonra vaqona bir neçə saniyə tüstü dolmağa başladı. Qatar "Ulduz" stansiyasında dayanarkən dərhal sərnişinlərə vaqonu tərk etmələri barədə məlumat verdim, daha sonra maşinistə və metropoliten əməkdaşlarına da yaranmış problemlə bağlı məlumat verdim. Sərnişinlər təxliyə edildi. Metropoliten əməkdaşları və maşinist problemin kondisonerdən yarandığını təsdiq etdilər və qatarda kondisoner sistemini söndürdülər. "Koroğlu" stansiyasında maşinistlə yenidən əlaqə saxladım. Bildirdi ki, artıq məlumatlar idarəyə göndərilib: "Qatar depoya gedir. Hazırlıqlı şəkildə qatarın ora çatmasını gözləyirlər"./olke.az
7news.Az








