RU
Bakı metrosunda ölümcül hala düşən şəxsin ADI AÇIQLANDI - KOMADAN AYILDI - YENİLƏNİB
15:35
399

Bakı metrosunda ölümcül hala düşən şəxsin ADI AÇIQLANDI - KOMADAN AYILDI - YENİLƏNİB

Ötən gecə Bakı Metropoliteninin "Nizami" stansiyasında relslərin üzərinə yıxılaraq ağır xəsarət alan şəxsin kimliyi müəyyənləşib. 

7News.az bildirir ki,lent.az-ın əldə etdiyi məlumata görə, saat 22:45 radələrində sərxoş vəziyyətdə relslərin üzərinə yıxılan və koma halında 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən şəxsin Bakı şəhər Yasamal rayon Ə.Quliyev küçəsində qeydiyyatda olan 1985-ci il təvəllüdlü İmanov Fərid İdris oğlu olduğu müəyyən edilib. Baş nahiyəsindən ağır zədə alan 32 yaşlı F.İmanov həkimlərin səyi nəticəsində komadan ayılıb. Lakin onu dindirmək hələlik mümkün deyil.

Artıq polis hadisə ilə bağlı videogörüntüləri araşdırıb. Buradan məlum olub ki, F.İmanov ehtiyatsızlıqdan relslərin üzərinə yıxılıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ