RU
Bakı metrosunda problem: Sərnişinlər boşaldıldı
17:43
158

Bakı metrosunda problem: Sərnişinlər boşaldıldı

"Bakı Metropoliteni”nin "Ulduz” stansiyasında qatarda texniki problem yaranıb.

Bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

 

O bildirib ki, "Dərnəgül-Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın "Ulduz” stansiyasında vaqonlarından birinin qapısında problem yaranıb:

"Problem səbəbindən sərnişinlər vaqonlardan boşaldılıb. Qatar dərhal depoya yola salınıb. Təlimat tələbinə uyğun olaraq həmin qatarın əvəzinə xəttə yeni qatar buraxılıb”.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ