"Bakı Metropoliteni”nin "Nəsimi" stansiyasında dünən saat 19:23-də də bıçaqlanma hadisəsi baş verib.
Ucar rayon sakini 1972 təvəllüdlü Vahid Abdullayev həyat yoldaşı Elnarə Quliyevanı bıçaqlayıb.
İlkin məlumatlara görə, hadisə mübahisə zamanı baş verib. Platformada mübahisə zamanı Vahid Abdullayev həyat yoldaşına qarnından iki bıçaq zərbəsi vuraraq yaralayıb.
"Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov 7News.Az-a verdiyi açıqlamada faktı təsdiqləyib:
"Ötən gün metronun "Nəsimi" stansiyasında bıçaqlanma olub. Polis əməkdaşları dərhal müdaxilə edərək vətəndaşı saxlayıblar. Hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb. Qadın xəstəxanaya kişi isə polis bölməsinə aparılıb".
***
"Bakı Metropoliteni”ndə bıçaqlanma hadisəsi baş verib.
Hadisə metronun "Nəsimi” stansiyasında baş verib.
Platformada mübahisə zamanı kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib.
Qadın xəstəxanaya, kişi isə polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır./Teleqraf.com
7News.Az








