RU
Bakı metrosunda qatarın vurduğu qadının kimliyi açıqlandı
14:07
529

Bakı metrosunda qatarın vurduğu qadının kimliyi açıqlandı

Bakı metrosunda xəsarət alan sərnişinin kimliyi məlum olub. O, təxminən 55-60 yaşlarında olan Rəfiqə Adıgözəlovadır.

7News.az xəbər evrir ki, bu barədə məlumatı cebhe.info-ya "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev verib. 

Onun sözlərinə görə, sərnişin metrostansiyada platformanın hüdud xəttini keçib: "Qadın hüdud xəttini keçdiyi üçün stansiyaya daxil olan qatar onu vurub. Qatar stansiyaya yaxınlaşanda həmişə xəbərdarlıq olunur ki, platformada olan təhlükəsizlik xətti keçilməsin. Qadın ora keçib, ona görə qatarın ön hissəsi, yəni güzgü tərəf sərnişinə dəyib”. 

Hazırda qadının xəstəxanada olduğunu deyən Nəsimi Paşayev hadisənin bir qədər əvvəl Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında baş verdiyini bildirib.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ