RU
Bakı metrosunda sərnişin stansiyanın yoluna düşüb
10:43
134

Bakı metrosunda sərnişin stansiyanın yoluna düşüb

Bakı Metropoliteninin "İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

Bu barədə 7NEWS.Az- a Bəxtiyar Məmmədov məlumat verib.
"Dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır", - deyə o əlavə edib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ