RU
Bakı metrosunda tüstülənmə olub, qatarların hərəkəti məhdudlaşdırılıb- YENİLƏNİB
15:15
183

Bakı metrosunda tüstülənmə olub, qatarların hərəkəti məhdudlaşdırılıb- YENİLƏNİB

Xətai-Cəfər Cabbarlı mənzili istisna olmaqla, Bakı metropoliteninin xətlərində hazırda qatarların hərəkətinin tənzimlənməsi təmin olunur.

7NEWS.Az-ın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, metropolitenin yaşıl və qırmızı xətləri boyunca əsas istiqamətlər üzrə hərəkət intervalı mövcud qrafikə uyğun olaraq artıq təmin olunub. Yeganə istisna Xətai-Cəfər Cabbarlı mənzilidir.

----

Bakı metrosunun "28 May" stansiyasının giriş sahəsində tüstülənmə olub.

Bu barədə  Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən qısa müddət ərzində yüksək gərginlik xətləri ayrılıb.

Məlumata görə, "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkəti məhdudlaşdırılıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ