RU
Bakı metrosunda vahimə: iki qatar üz-üzə gəldi - YENİLƏNİB + VİDEO
19:28
679

Bakı metrosunda vahimə: iki qatar üz-üzə gəldi - YENİLƏNİB + VİDEO

"Bakı Metropoliteni”nin mətbuat xidməti Qara Qarayev stansiyasında qatarların üz-üzə gəlməsini şərh edib.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ötən gün saat 13:15-də radələrində baş verib:

"Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”. 

Qurum rəsmisi qeyd edib ki, nasazlıq yaranan qatar texniki qaydalara uyğun olaraq depoya göndərilib.

16.17

Bakı metrosunda qorxulu anlar yaşanıb.

7News.Az Goldnews.az-a istinadən xəbər verir ki, metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

"Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks istiqamətdə hərəkət edən qatar çıxıb. 

Xoşbəxtlikdən toqquşma baş verməyib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ