RU
Bakı metrosundan sərnişinlərə bayram sürprizi
15:31
576

Bakı metrosundan sərnişinlərə bayram sürprizi

"Bakı Metropoliteni" QSC Novruz bayramı münasibətilə növbəti sosial layihəni gerçəkləşdirəcək.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

Konsert proqramının afişası:

- "İçərişəhər" stansiyası – saat 12:15-13:45;

- "28 May" stansiyası – saat 13:15-14:45;

- "Elmlər Akademiyası" stansiyası – saat 14:15-15:45;

- "Memar Əcəmi" stansiyası (Bənövşəyi xətt) – saat 15:15-16:45.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ