Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş, ümumi sahəsi 35 m² olan meyvə-tərəvəz mağazasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 1 ədəd kondisioner, taxta taralar 2 m² sahədə və 1 ədəd stul yanıb. Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
7News.az








