RU
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
13:33
163

Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reysi gecikir.

AZAL-dan 7News.Az-a verilən məlumata görə, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
⠀
"Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar", - məlumatda qeyd edilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ