Fəaliyyətə başladığı qısa müddət ərzində sərnişindaşımadan tutmuş yol nişanları, yol nizamlanması ilə, TV-də danışdığını ağzından bişirib çıxara bilməyən nümayəndəsi ilə sosial statusundan, vəzifəsindən asılı olmayaraq, adi vətəndaşından tutmuş məmuruna qədər hər kəsdə qıcıq yaratmağa "uğurla” nail olmuşdur.
Şəhərdəki monitorlarda gözə girmək, özünü reklam etmək üçün pafoslu yazılar yazmaq xalqa xidmət demək deyil. Bəzi nəzərə çarpan elementar plagiat işlərin belə, öhdəsindən gələ bilmirlər. Bahalı, səmərəsiz 90 metrlik velosiped yolu, istiqamətləndirici nişanların məqsədinin də xalqa xidmət olmadığı aydın məsələdir.
Vətəndaşların ünvanladıqları məktub və müraciətlərə 15 gün ərzində cavab verməli olduqları halda, ya saymamazlıqdan ya da yarıtmazlıqdan 2 aydır cavab verə bilməyən qurumun, paytaxt şəhərinin sərnişindaşımasını bundan artıq idarə etməsini gözləmək lazım sadəlövhlük olar.
Yəqin agentlik fikirləşir ki, avtobuslarda belə sıxlıq yaratmaqla virusa yer qalmaz, o da məcbur olub piyada gedər."









