RU
Bakı Olimpiya Stadionu
11:32
3043

Bakı Olimpiya Stadionu "yoxa çıxdı" - FOTOLAR

Ötən gecədən etibarən ölkənin bir sıra şəhər və rayonlarında güclü duman müşahidə olunub.

7News.az xəbər verir ki, ələlxüsus da, səhər saatlarında Bakı və Abşeron rayonunda müşahidə olunan dumanlı hava şəraiti nəqliyyatın hərəkətinə təsirsiz ötüşməyib.

Sürücülər bir neçə metr qabağı görməkdə çətinlik çəkdikləri üçün qəzadan qaçmaq məqsədi ilə sürət həddini azaltmağa məcbur olublar.

Güclü duman Bakının bir sıra məşhur obyektlərini də gözdən itirib. Belə tikililərdən biri də Bakı Olimpiya Stadionu olub. Stadionun yanından ötən şəhər sakinləri idman tikilisini güclü duman səbəbindən görməkdə çətinlik çəkiblər.//milli.az

7News.az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ