RU
Bakı polisi bu şəxslə bağlı vətəndaşlara müraciət etdi
12:05
757

Bakı polisi bu şəxslə bağlı vətəndaşlara müraciət etdi

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paytaxtda silsilə oğurluqlar törədən keçmiş məhkum saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də saat 10 radələrində Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Bəhruz Bayramovun əl çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Tariyel Etibar oğlu Məmmədov tutulub.

Şübhəli şəxsin üzərindən 1 ədəd bıçaq və oğurlanan mobil telefon maddi subut kimi aşkar olunaraq götürülüb.

T.Məmmədov ətrafında keçirilən ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, o, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda xüsusilə, cibgirlik yolu ilə bir sıra oğurluq əməlləri törədib.

Cinayət Məcəlləsinin 177,1, 180,1-ci maddələri ilə ayırı-ayırılıqda iki dəfə məhkumluğu olan şübhəli şəxs ətrafında istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Baş Polis İdarəsinə, yaxud 102 Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ