RU
Bakı polisi dələzudları qandalladı
16:53
428

Bakı polisi dələzudları qandalladı

Əməliyyat keçirilib.

Bakıda dələduzluq əməlində şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən 7News.Az-a daxil olan məlumata görə, 2015-ci ilin oktyabr ayında Bakı şəhər sakini Günel Bağırovadan 25, İmişli rayon sakini Məhəmməd Gözəlovdan isə 40 manat alıb qaytarmayaraq dələduzluq edilib.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq əməlində şübhəli bilinən Neftçala rayon sakini, 1991-ci il təvəllüdlü Həsənağa Nağıyev və Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Vasif Xoşdari tutulub. 

Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 14-də 19 nəfərdən ümumilikdə 855 manat, daha sonra Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhim Məhərrəmovla birlikdə isə yanvarın 6-dan 14-dək olan müddətdə 34 nəfərin hər birindən 30 manat alaraq mənimsəyib. 

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ