RU
Bakı polisi tərəfindən narkotiklə tutulan Sumqayıt sakini 10 il cəza aldı - FOTO
23:38
537

Bakı polisi tərəfindən narkotiklə tutulan Sumqayıt sakini 10 il cəza aldı - FOTO

1 kiloqram 200 qram marixuana və 420 qram tiryək aşkar edilərək götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini İmran Mirzəyevin CM-nin 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, bu il martın 13-də Nəsimi RPİ 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini İmran Mirzəyevdən 1 kiloqram 200 qram marixuana və 420 qram tiryək aşkar edilərək götürülüb.

Məhkəmə prosesində İmran Mirzəyev ittiham üzrə özünü qismən təqsirli hesab edərək bildirib ki, aşkar olunan narkotik maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ