RU
Bakı polisindən azərbaycansayağı alkotest
16:08
636

Bakı polisindən azərbaycansayağı alkotest

Bakıda avtomobilləri körpünün üstündə saxlayaraq, yol hərəkətinə mane olan yol polislərilə bağlı video yayılıb.

Videodan da görünür ki, gecə saatlarında yol polisi sürücünü körpünün üstündə saxlayır.

Polis sürücünün içkili olub-olmamasını yoxlamaq üçün onların ağzını iyləyir. Sürücü isə yol polisindən aparat vasitəsilə test etməyi tələb edir. Lakin polis sürücünün bu tələbinə fikir vermir.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis Idarəsində araşdırma aparılacaq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, həmin videodan xəbərsizdir.

Onu izləyib, bu məsələ barədə araşdırma aparılacaq./baku

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ