RU
Bakı polisindən qəhrəmanlıq nümunəsi
14:08
1029

Bakı polisindən qəhrəmanlıq nümunəsi

Yanğın nəticəsində evdə qalan azyaşlı qızın həyatı üçün təhlükə yaranıb.

Ötən gün Yasamal rayonu Abdulla Şaiq küçəsi 48A ünvanında qaz sızması nəticəsində güclü yanğın olub.

Yanğın zamanı iki elektrik sayğacı və bir neçə metr kabel yanıb. 

Yanğının evin giriş qapısının əhatə etməsi evdə olan azyaşlının həyatı üçün təhlükə yaradıb. 

Əraziyə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları azyaşlını alovun caynağından xilas ediblər.

Sonradan yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb./anspress

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ