Dünən səhər saatlarında Bərdə şəhərində ağır yol qəzası baş verib.
7news.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı prospektində "Mercedes” markalı iki minik avtomobili toqquşub. Daha sonra avtomobillərdən biri yolun kənarında dayanmış "VAZ 21 011”-ə çırpılıb.
Bu zaman hərəkətə gələn "VAZ 21 011” avtomobilin qarşısında dayanmış 1956-cı il təvəllüdlü Niftəliyev Arif Alı oğlunu vurub. 61 yaşlı kişi aldığı xəsarətlərdən vəfat edib.
Araşdırma aparılır.
7news.Az








