RU
Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavrobus aşıb, 7 nəfər xəsarət alıb
10:30
44

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavrobus aşıb, 7 nəfər xəsarət alıb

Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sərnişin daşıyan "Mersedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə "QAZel" markalı kiçik tutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə mikroavtobusda olan 7 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. İkisinin vəziyyəti ağır, digərlərinin isə orta-ağır və kafi qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər Bakıdan toydan qayıdaraq Tovuza gedirlərmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ