Bakı-Quba-rusiya sərhədi magistralında ölümlə nəticələnən yol qəzası baş verib.
7news.Az-ın məlumatına görə, magistralın 21-ci kilometrliyində, Abşeron rayonu ərazisində "Mercedes" markalı yük maşını 30-35 yaşlı kişini vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində vəfat edib.
Ölən şəxsin kimliyi araşdırılır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi başlanıb./lent.az
7News.Az








