RU
Bakı-Quba yolunda dəhşətli hadisə: “Kamaz” piyadaların üstündən keçdi
11:30
540

Bakı-Quba yolunda dəhşətli hadisə: “Kamaz” piyadaların üstündən keçdi

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az xəbər verir ki, magistralın 33-cü kilometrliyində - Sumqayıt ərazisində Spartak Cəbiyev idarə etdiyi "Kamaz” markalı yük maşını ilə yolu keçməyə çalışan piyadaları vurub. Nəticədə Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Elvin Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər piyada, 1997-ci ildə anadan olmuş Rasim Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ