RU
Bakı-Quba yolunda qəza: yeniyetməni maşın vurdu - FOTO
16:37
388

Bakı-Quba yolunda qəza: yeniyetməni maşın vurdu - FOTO

Bakı-Quba yolunda, Siyəzən rayonunun Giləzi kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

7News.az xəbər verir ki, Abdullayev Habil Həmid oğluna məxsus 90-CX-147 nömrəli avtomobil 2000-ci il təvəllüdlü Abdullayev Elmin Hicran oğlunu vurub.

Yeniyetmə Siyəzən Regional Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları gəliblər.

Həkimlərin bildirdiyinə görə, xəstəni sürücü özü xəstəxanaya çatdırıb.
Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, üzün və təpə nahiyəsinin sıyrılmış yaraları diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır./report


7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ