RU
Bakı-Quba yolunda sərnişin avtobusu ilə yük maşını toqquşub - FOTOLAR
11:17
595

Bakı-Quba yolunda sərnişin avtobusu ilə yük maşını toqquşub - FOTOLAR

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Hadisə magistralın 128-ci kilometrliyində, Şabran rayonunun Dəvəçi kəndi ərazisində qeydə alınıb. Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan 27 AC 622 dövlət nömrə nişanlı, "Hyundai” markalı sərnişin avtobusu ilə 99 XP 579 nömrə nişanlı "Ford” markalı yük maşını toqquşub. Qəza nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb./apa

 

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

 


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ