RU
Bakı-Quba yolunda VƏHŞƏT: avtobus minik avtomobili ilə toqquşdu, ölən və yaralananlar var
11:56
379

Bakı-Quba yolunda VƏHŞƏT: avtobus minik avtomobili ilə toqquşdu, ölən və yaralananlar var

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ