RU
Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü
12:10
455

Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü

Bakı-Quba yolunun 32-ci kilometrliyində "Shacman" markalı yük avtomobili yolda idarəetməni itirib, dəmir çəpərə çırpılaraq, aşıb.

7news.Az FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Yük avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ