Səhər saatlarında Bakı-Quba yolunda yol qəzası baş verib.
Xırdalan-Masazır dairəsinin üzərindəki körpüdə "Mercedes" markalı avtomobil BMW-yə, digər "Mercedes" isə arxadan ona çırpılıb.
Hər 3 maşına ciddi ziyan dəyib. Hadisə yerinə sığorta və polis işçiləri cəlb olunub.
Qəza nəticəsində yolda tıxac yaranıb.
Hazırda DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir. /report
7News.Az









