RU
Bakı sakini dollar aldı və oğruların qurbanına çevrildi
12:42
699

Bakı sakini dollar aldı və oğruların qurbanına çevrildi

Fakla bağlı araşdırma davam etdirilir.

Yeni ilin ilk günlərində Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Səbail Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, naməlum şəxslər açar seçmə olu ilə Ağaşirin Əkbərovun A.Abbaszadə küçəsi, ev 17-dəki mənzilinə girərək, oradan 1100 manat, 45 900 dollar və 1100 avro aparıblar.

Zərərçəkən deyib ki, qarətdən bir neçə gün əvvəl əlindəki milli valyutanı dollara çeviribmiş.

Oğurluq yanvarın 1-3-ü arası, mənzil sahibi evdə olmayanda baş verib.

Hələlik oğurluğun kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.

Fakla bağlı araşdırma davam etdirilir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ