RU
Bakı sakini “Gənclik Mall”dan paltar oğurladı
13:03
486

Bakı sakini “Gənclik Mall”dan paltar oğurladı

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə "Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

DİN-dən 7news.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ