RU
Bakı sakini liftdə faciəvi şəkildə ölüb
23:27
929

Bakı sakini liftdə faciəvi şəkildə ölüb

Bakı sakini liftdə baş vermiş bədbəxt hadisə nəticəsində ölüb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ