RU
Bakı sakini narkotik vasitə və odlu silahla saxlanıldı - FOTO/VİDEO
14:11
220

Bakı sakini narkotik vasitə və odlu silahla saxlanıldı - FOTO/VİDEO

Paytaxt sakinindən narkotik vasitə və odlu silah aşkar edilərək götürülüb.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsində yaşayan Azad Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, 1 ədəd "Mauzer” markalı tapança və 1 ədəd "AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ