RU
Bakı sakini tanışının avtomobilini qaçırdı
19:11
423

Bakı sakini tanışının avtomobilini qaçırdı

Bakıda tanışının avtomobilini qaçıran şəxs saxlanılıb. 

Yanvarın 1-də Nərimanov rayonu ərazisində yaşayan Oleq Litvalıyev 16-cı PB-yə müraciət edərək həmin gün Əli adlı tanışının ona məxsus "Chevrolet" markalı avtomobili evinin qarşısından qaçırmasını bildirib.
 
Nərimanov rayon 16-cı PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əli Qurbanov tutulub. //Apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ