Bakı sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 22-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Şəmsəddin Allahyarov həyətində müvafiq sənədləri olan ov tüfəngi ilə ehtiyatsız davranıb və açılmış atəş nəticəsində sol bilək nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.








