RU
Bakı sakininə qarşı 180 min dollarlıq dələduzluq olunub
18:40
1246

Bakı sakininə qarşı 180 min dollarlıq dələduzluq olunub

Şahbaz Mikayılov polisə şikayət edib.

Bakıda daha bir şəxsə qarşı dələduzluq edilib.

7news.Az-ın Report-a istinadən xəbərinə görə, Bakı şəhər sakini, 42 yaşlı Şahbaz Mikayılov ərizə ilə huquq-muhafizə orqanlarına müraciət edərək 2008-ci ilin dekabr ayında qohumları - 1971-ci il təvəllüdlü Daşqın Məmmədov və Fizuli rayon sakini, 1964-cü il təvəllüdlü Süleyman Zeynalovun onu aldadaraq 180 min ABŞ dollar aldığını bildirib.

Şikayətçi ərizəsində qeyd edib ki,həmin şəxslər aldıqları pulu indiyədək geri qaytarmayıblar.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ